Konkret.az Moldova mediasına istinadla xəbər verir ki, 26 yaşlı bir qız polisə A. Bernardaççi küçəsində qarət olunduğu barədə məlumat verib. Zərərçəkən sosial şəbəkələrdə iş tapmaqda ona kömək edəcəyini vəd edən bir gənclə tanış olduğunu bildirib. Onlar adıçəkilən küçədəki bir kafedə görüşüblər. Ancaq söhbət əsnasında həmsöhbəti qızdan “Samsung” markalı mobil telefonu və çantasını oğurlayaraq qaçıb. Tezliklə 28 yaşlı şübhəli şəxs müəyyənləşdirilib və polis bölməsinə aparılıb. O, günahını etiraf edib. Etdiyi cinayətə görə onu 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
ELMAN
