Şotlandiyaya İran müdaxiləsi – Britaniya ARAŞDIRMALARA başladıbackend

Şotlandiyaya İran müdaxiləsi - Britaniya ARAŞDIRMALARA başladı

Britaniya parlamenti Şotlandiyanın müstəqillik müzakirələrinə İranın təsirini araşdırmaq üçün müstəqil istintaq açıb.

KONKRET.az xəbər verir ki, araşdırma Şotlandiyanın müstəqilliyini dəstəkləyən İran kiber fəallığının, siyasi partiyalara kriptovalyuta vasitəsilə maliyyələşdirmənin və Çinin təsir imkanlarının qiymətləndirilməsini əhatə edəcək.

Məlumata görə, istintaq həmçinin son illərdə İran hakimiyyətinin Şotlandiyanın konstitusiya məsələlərinə müdaxiləsini göstərən məlumatları araşdıracaq. 12 günlük müharibə dövründə sosial mediada İran tərəfdarı 1 300 saxta hesab müvəqqəti deaktiv edilərək, sonradan yenidən aktivləşdirilib.

İstintaqın İsrailin Britaniyadakı təsirini əhatə edib-etməyəcəyi hələ məlum deyil. Bu təşəbbüs, Avropa Parlamentinin keçmiş britaniyalı üzvünün Rusiyadan rüşvət alaraq həbs olunmasından sonra gündəmə gəlib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*