“Azərbaycanda qəzalı binalarla bağlı iş aparılır”. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir müddət öncə mətbuata belə bir açıqlama verib.
Bildirib ki, müxtəlif dövlət qrumlarından ibarət yaradılmış komissiya qiymətləndirmə və inventarizasiya işi aparır.
Bəs görəsən, Yasamal rayonunda yerləşən, “Sovetski” adlanan ərazilərdəki (Z.Palan, M.Muxtarov, C.Qaryağdıoğlu, M.F.Axundov, N.Aşurbəyova, Z.Adıgözəlov, A.Şaiq küçələri) evlərin söküntüsü ilə bağlı hər hansı bir məlumat varmı?
Yasamal Rayon İcra Hakimiyyətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən ərazilər hal-hazırda söküntü mərhələsinə düşmür:
“Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan ərazilər söküntü mərhələsinə düşdüyü təqdirdə qanunvericiliyə uyğun olaraq vətəndaşlara bildiriş göndəriləcəkdir”.
KONKRET.az
