Soyğunçular balta ilə avtomobilə hücum etdilər  – 4,5 milyon apardılarbackend

Soyğunçular balta ilə avtomobilə hücum etdilər  - 4,5 milyon apardılar

Naməlum şəxslər Rusiya paytaxtında yanacaqdoldurma məntəqəsində sürücüyə hücum edərək içində 4,5 milyon rubl ilə çantasını oğurlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən yayıb.

Hadisə Konkovo rayonunda baş verib. Qara rəngli avtomobilində dörd nəfər maskalı şəxs avtomobilin yolu bağlayıb. Sürücü dayandırıldıqdan sonra, təcavüzkarlar avtomobilin yan şüşələrini balta ilə qırıblar.

İrina Volk bildirir ki, onlar hadisə yerində bir neçə atəş də açıblar.

Daha sonra cinayətkarlar 4,5 milyon rubl olan bir çantanı götürərək aradan çıxıblar. Müəyyən edilib ki, oğrular maşınlarını başqa yerdə saxlayıblar. Paltarlarını dəyişdikdən sonra isə taksi ilə gediblər.

Hazırda onlar haqqında cinayət işi başlanılıb. Artıq bu işlə bağlı Mərkəzi Asiya dövlətlərindən birinin vətəndaşı şübhəli şəxs kimi saxlanılıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*