Şoyqu: “Azovstal”da indiyə qədər 1908 silahlı təslim olub”backend

Şoyqu: “Azovstal”da indiyə qədər 1908 silahlı təslim olub”

Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan 1900-dən çox ukraynalı silahlı artıq təslim olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

“Azovstal” zavodunun mühasirəsi davam edir. Ukrayna millətçiləri tərəfindən orada saxlanılan mülki şəxslər zavodun ərazisindən təxliyə edilib. 85-i qadın, 47-si uşaq olmaqla 177 nəfər xilas edilib. Hər kəsə ixtisaslı tibbi və psixoloji yardım göstərilib. Zavodda mühasirədə qalan millətçilər təslim olmağa başlayıb. İndiyə kimi 1908 nəfər silahlarını yerə qoyub”, – Şoyqu vurğulayıb.

O, daha əvvəl 1387 Ukrayna dəniz piyadasının silahı yerə qoyaraq təslim olduğunu xatırladıb.

Şoyqu bu gün keçirdiyi kollegiya iclasında məğlubiyyətə uğrayan Ukrayna hakimiyyətinin bəzi rayonlarda heç olmasa qısamüddətli uğurlar əldə etməyə və onları böyük uğur kimi təqdim etməyə çalışdığını da deyib.

Şoyqu Ukrayna hərbçilərini yerli sakinləri canlı qalxan kimi istifadə etməkdə ittiham edib: “Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının irəliləməsini ləngitməyə çalışaraq, yerli sakinləri şəhər və yaşayış məntəqələrindən kənara buraxmır və onlardan canlı qalxan kimi istifadə edir”.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*