Şoyqu Putinə RAPORT VERDİ: “Mariupol ordumuzun nəzarətindədir” – VİDEOLARbackend

Şoyqu Putinə RAPORT VERDİ: "Mariupol ordumuzun nəzarətindədir" - VİDEOLAR

“Ordumuz Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib”.

KONKRET.az xəbər verir ki, bunu bu gün Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Putinlə görüşündə deyib.

Şoyqu bildirib ki, şəhər artıq azad edilib, orada vəziyyət sabitdir, yaraqlılar Azovstalda qalıb və orada 2 mindən çox millətçi bloklanıb.

“Mariupolda yaraqlılar geri çəkilərkən mülki şəxslərdən dörd dəfə sipər kimi istifadə edib. Ukraynalı yaraqlıların və xarici muzdluların olduğu “Azovstal” zavodu “təhlükəsiz şəkildə bloklanıb2, – –  deyə Şoyqu bildirib.

Putin “Azovstal”a hücumu məqsədəuyğun saymayıb və onu ləğv etməyi əmr edib.

“Katakombalara qalxmağa ehtiyac yoxdur, oradan bir milçək belə uçmasın deyə sənaye zonasını bağlamaq lazımdır”, – Putin deyib.

Prezident Mariupolda aparılan döyüş işini uğurlu adlandırıb və Şoyqunu təbrik edib.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*