Söz azadlığından sui-istifadə cəmiyyətlərdə deqradasiya prosesini sürətləndirirbackend

Söz azadlığından sui-istifadə cəmiyyətlərdə deqradasiya prosesini sürətləndirir

Dünyada baş verən hadisələri operativ şəkildə insanlara çatdıran mətbuat azad sözün, azad fikrin təbliğatçısıdır. Fikir və söz azadlığının təbliği üçün geniş imkanlar açan kütləvi informasiya vasitələri plüralizmin inkişafında xüsusi rola malikdir.

Azərbaycanda söz və məlumat azdlığının mövcudluğu barədə söhbət düşəndə ilk olaraq yada internet resursları düşür. Ölkəmizdə internetin geniş imkanlarından faydalanan yüz minlələrlə insan müxtəlif sosial platformaların iştirakçısı olmaqla bərabər sosial medianın da bir hissəsinə çevilib.

Son vaxtlar insanların həyatında mühüm yer tutan sosial mediada söz və məlumat azadlığı anlayışı öz əksini tapıb. Məsələ burasındadır ki, yüz minlərlə insanı əhatə edən internet resurslarında paylaşılan məlumatlar, yayılan informasiyalar əksər hallarda həqiqəti əks etdirməsə də, insanlar öz fikirlərini ifadə etməkdə azaddırlar.

Bununla da Azərbaycanda vətəndaşların hüquqlarının qorunmasında önəmli rol oynayan fikir və söz azadlığı üçün demokratik cəmiyyətlərdə olduğu kimi ölkəmizdə də hər cür imkan yaradılıb. Azərbaycanda söz azadlığının təmin edilməsi ümummilli lider Heydər Əıiyevin adı ilə bağlıdır. Yəni bu gün mətbuatın sərbəst fəaliyyətində, fikir məhdudiyyətinin aradan qaldırılmasında ulu öndərin rolu böyükdür.

Məhz 25 il əvvəl – 1998-ci il iyunun 18-də Heydər Əliyevin sərəncamı ilə  “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmin il avqustun 6-da isə “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman söz, mətbuat və fikir azadlıqlarının təminatına töhvə verib.

  • Dövlətin mətbuat üzərində nəzarətinə son qoymaq  üçün 2000-ci ildə  Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Beləliklə, mətbuatın daha da səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb və senzura aradan qaldırılıb. Bununla da azad söz, sərbəst fikir, plüralizim yeni inkişaf yoluna qədəm qoyub.

Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanının fəaliyyəti 25 il əvvəl təməli qoyulan sağlam bazanın üzərində möhkəmlənib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. 1995-ci ildə ilk dəfə proporsional üsulla demokratik parlament seçkiləri keçirildi, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edildi.

Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.

Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Onların müstəqil və azad fəaliyyəti, inkişafı üçün lazım olan imkanlar yaradılıb. Hazırda ölkəmizdə yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya, yüzlərlə internet portalı, agentliklər fəaliyyət göstərir. Həmin informasiya resurslarında dövlət sirrinin yayılması istisna olmaqla, istənilən məsələ haqqında fikir söyləmək azaddır və məhdudiyyət tətbiq edilmir. Son vaxtlar daha çox dəb halını alan blogerlik cəmiyyətdə baş verən istənilən hadisəni internet resursları üzərindən minlərlə tamaşaçıya çatdırır. Bəzən bu cür informasiyaların tirajlanmasından sui-istifadə halları da müşahidə olunur və bu mənfi tendensiya hələ də davam etməkdədir.

Azərbaycanda fikir və söz azadlığının verdiyi imkanlardan istifadə edib cəmiyyəti qıcıqlandıran, milli dəyərlərimizə zidd olan, insanlar arasında narazılıq yaradan video materalların çəkilib tirajlanması cəmiyyətin haqlı narazılığına səbəb olur. Söz və fikir azadlığı adı altında baş verən bu cür hallar cəmiyyətdə birmənalı qarşılanmır. Deməli, demokratiyanın yaratığı imkanlardan öz şəxsi mənafeyi üçün istifadə qaydaları və cəmiyyətdə yanlış fikir formalaşdırmaq cəhdlərinin söz və fikir azadlığına, plüralizmə aidiyyatı yoxdur.

Demaqogiya ilə söz azdlığını dəyişik salanlar insanları yanılış istiqamətə yönləndirirlər. Ona görə də söz və məlumat azadlığının geniş imkanlarından qanunların imkan verdiyi dərəcədə istifadə edilməlidir. Əks halda cəmiyyətin deqradasiyası başlayır.

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi mövzusuna uyğun olaraq dərc edilir.

  • Sevda
    Sentyabr 8, 2023 - 10:19

    Medianın İnkişafı Agentliyi və fikir azadlığı?!🤔 Maraqlıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*