Şröder: “Zelenskinin Krımı geri almaq fikri mənasızdır”backend

Şröder: "Zelenskinin Krımı geri almaq fikri mənasızdır"

“Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın hərbi yolla qaytarılması ilə bağlı açıqlamaları mənasızdır”.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Almaniyanın sabiq kansleri Gerhard Şröder deyib.

Onun sözlərinə görə, yarımadanın mülkiyyəti məsələsi zamanla həll oluna bilər.

“Əgər həqiqətən aktual problemləri təhlil etsəniz, onların həlli yolu olduğu aydın olar. Prezident Zelenskinin Krımı hərbi yolla geri qaytara bilməsi fikri məntiqli deyil”, – deyə Şröder bildirib.

O, əlavə edib ki, Krım məsələsi zamanla, gələcək nəslin əli ilə həll oluna bilər.

Keçmiş kansler xatırladıb ki, yarımada hələ SSRİ-nin tərkibində olarkən Nikita Xruşşov tərəfindən Ukraynaya verilib.

Qeyd edək ki, avqustun 23-də Krım Platformasının sammitində dünya liderləri yarımadanın  Ukraynaya qaytarılması ideyasını dəstəkləyib. Zelenski bildirib ki, hər şey Krımdan başlayıb, onunla bitməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*