Stadionda baş verən iğtişaşlarda 100-dən çox azarkeş yaralandıbackend

Stadionda baş verən iğtişaşlarda 100-dən çox azarkeş yaralandı

Argentinada dünən axşam saatlarında “Boko Xuniors” və “Gimnasia” futbol klubları arasında keçirilən oyun iğtişaşlarla başa çatıb.

KONKRET.az xəbər verir ki, bu bardə yerli “Trivela” portalı məlumat yayıb.

Bildirilib ki, iğtişaşlarda 100-dən çox insan yaralanıb, bir nəfər ölüb.

Məlumata görə, oyun Argentinanın La Plata şəhərindəki stadionda keçirilib. Qarşılaşmaya arenadakı oturacaqların sayından çox bilet satılıb. Girişdə dayanan azarkeşlər zorla içəri girməyə çalışsalar da, polis bibər qazı ilə onlara müdaxilə edib.

Tamaşaçılar tribunadan çıxarılan zaman azarkeşlərdən biri ölüb, altı polis əməkdaşı isə yaralanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*