Stanislav Zas: KTMT NATO-nun addımlarını diqqətlə İZLƏYİRbackend

Stanislav Zas: KTMT NATO-nun addımlarını diqqətlə İZLƏYİR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnamə sənədlərində NATO heç vaxt rəqib kimi qeyd olunmayıb, lakin hazırda alyans faktiki olaraq təşkilatın bir sıra ölkələrinə qarşı düşmənçilik siyasəti həyata keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas Parlament qəzetinə müsahibəsində danışıb.

Zas KTMT NATO-ya əks blok sayıla bilərmi sualına belə cavab verib:

“NATO nizamnamə sənədlərində heç vaxt düşmən kimi qeyd olunmayıb. KTMT-yə üzv dövlətləri nümayəndələri sülh və sabitliyin möhkəmləndirilməsində maraqlı olan bütün ölkə və blokların iştirakı ilə fəaliyyət sisteminin qurulması ideyasını həmişə dəstəkləyiblər”.

Eyni zamanda, KTMT baş katibinin qeyd edib ki, hazırda NATO təşkilatın bir sıra ölkələrinə qarşı faktiki olaraq düşmənçilik siyasəti həyata keçirir.

“Biz alyansın addımlarını diqqətlə izləyirik. Mən vurğulamaq istəyirəm ki, KTMT düşmən axtarışı ilə məşğul deyil. Ayırıcı xətlər çəkmək isə bizim seçimimiz deyil. Qazaxıstanda KTMT bütün dünyaya siqnal göndərdi ki, biz müttəfiqlərimizi tək qoymuruq”, – Zas bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*