Stoltenberq Blinkenlə Ukraynanı müzakirə etdi29 Mart, 2024 - 00:38241ABŞ Dövlət katibi Entoni Blinken və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. KONKRET.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Blinkenlə Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısına hazırlığı və Ukraynaya dəstək məsələsini müzakirə edib.