“Strasburq neo-Osmanlı İslamının paytaxtına çevrilir” – “Atlantico” (Fransa)backend

"Strasburq neo-Osmanlı İslamının paytaxtına çevrilir" - "Atlantico" (Fransa)

“2025-ci ildə qitədəki ən böyük məscidlərdən biri Strasburqda meydana çıxacaq. Bu məscid də digər ibadət ocaqları kimi Ərdoğanın və “Milli baxış” Türk İslamçı Hərəkatının fikirlərini yayacaq neo-Osmanlı İslamçılığının bir mərkəzinə çevriləcək”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Fransanın “Atlantico” nəşrində yer alıb.

Müəllif Aleksandr del Vallenin fikrincə, şəhərin keçmiş bələdiyyə başçısı Roland Ries hər zaman türklərin qayğısına qalıb. Baxmayaraq ki, bu şəhərdə ayrı-ayrı qruplar açıq şəkildə türk müsəlmanlarının inteqrasiyasını qəbul etmək istəmir və bunu rədd etməyə çağırır. Şəhərin yeni meri, erməni soyadlı Janna Berseqyan məscidin tikintisi üçün bir sıra maneələr yaratsa da, Ərdoğanın milli islamçı gücü “Milli baxış” hərəkatı ilə birləşərək bu çətinlikləri aradan qaldırdı, məscidin tikintisinə lazım olab maliyyə vəsaitləri artırıldı.

Məqalədə vurğulanır ki, Strasburq məscidi neo-Osmanlı memarlıq üslubunda tikiləcək və Avropanın ən böyük məscidlərindən biri olacaq. Məscid ən çox yerli türkün yaşadığı Meyno məhəlləsində tikilməkdədir. Bu ibadət ocağında 36 metr hündürlüyündə iki minarə, iki namaz salonu (bir salonda 2500 adam eyni vaxtda ibadət edə bilər), bir çox yardımçı otaqlar, restoran, çay evi, bərbər dükanı, ticarət mərkəzi, muzey, çox məqsədli salonlar, ofis sahəsi və hətta gənclərin təhsil və mədəni fəaliyyətləri üçün yerlər nəzərdə tutulub.

“Rəsmi Ankara və “Milli baxış” Hərəkatı Fransız cəmiyyətinin “azğın adətlərini” mənimsəməmək üçün türk mənşəli gəncləri birləşdirmək məqsəsidlə kifayət qədər vəsait xərcləyir. Bundan əlavə, Ankara Avropa Türk-Müsəlman diasporlarını neo-Osmanlı təsirinin müdafiəsinin özəyinə çevirməyi planlaşdırır.

Belə bir vəziyyətdə yeni məscidin inşasının 2025-ci ilədək başa çatdırılması olduqca böyük əhəmiyyət daşıyır. Beləliklə, Strasburq türklərin Avropaya inteqrasiyasında liman rolunu oynayacaq”.

Məqalədə islamçı-milliyətçi türk tıəşkilatı olan “Milli Baxış”a kifayət qədər diqqət ayrılıb. Müəllif hesab edir ki, bu hərəkat anti-Qərb, konspiroloji və antisemitizm təşkilatıdır. Nəşrdə vurğulanır ki, yalnız islamçı bir təşkilat olmayan “Milli baxış” Hərəkatı hələ 1969-cu ildə Almaniyada Pakistana və “Müsəlman qardaşlar”a rəğbəti olan islamçı türk müxalifət lideri tərəfindən qurulub. Söhbət Nəcməddin Ərbakandan gedir. 33 il sonra onu Avropadakı islamçı türk diasporunun maliyyəsi ilə 2002-ci ilin noyabr ayında iqtidara gələn, Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğan əvəz etdi.

Müəllif vurğulayır ki, “O zamana qədər fəaliyyəti Türkiyədə qadağan edilmiş islamçı müxalifət türkləri neo-Osmanlı fəthinə və dünyəvi Atatürkçü sistemin məhvinə hazırlamaq üçün söz azadlığından çox məharətlə istifadə etdi. Onlara görə, mason və mürtəd olduğu iddia edilən gizli Yəhudi Atatürk tərəfindən yaradılıb. Yaxın vaxtlara qədər muzey olan Ayasofyaya məscid statusunun qaytarılması bir sıra qaranlıq məqamlara da aydınlıq gətirdi. Bu qərar Ərdoğanın neo-Osmanlı ideologiyasını və “Milli baxış”ı simvollaşdırdı”.

Yazıda qeyd edilir ki, bu hərəkat bütün türk islamçı partiyalar üçün bir ilham rolunu oynayıb. “Milli baxış” öz ideologiyasında həm dindar əcdadların İslamına, həm də Xəlifələr/Sultanlara, ərəb dünyasında və Balkanlarda Osmanlı hökmranlığı altındakı müsəlman dünyasının qızıl çağına xitab edir. Bu millətçi və imperialist hərəkat türkləri “İslamın ən yaxşı qulluqçuları və döyüşçüləri” olaraq təqdim edir və imperiyanın itirilmiş ərazilərini və Atatürk dövründə yoxa çıxan son xilafəti geri qazanmağı xəyal edir.

Müəlif bildirir ki, bu ideologiyanın ilk hədəfi dünyəvi respublika, Atatürkçülük, Qərb adətləri və “Yəhudi Masonluğu” ilə mübarizə aparmaqdır.

Vurğulanır ki, “Milli baxış” hərəkatının bütün üzvləri hazırda Ərdoğanın Ədalət və İnkişaf Partiyasının əsas nüvəsidir. “Ərdoğan məhz 2001-ci ildə əvvəlcə “mülayim” bir maskanın arxasında gizləndi, mühafizəkar qüvvələri qəbul etdi və öz partiyasının ən radikal tərəflərini ortaya qoymadı. Ancaq dünyəvi türk qüvvələri həmişə Ərdoğanın “gizli planları”ndan və İslamçılığından xəbərdar oldular. “İslamçı türklər “Troya atı” strategiyası ilə  Avropanı və ABŞ-ı (NATO daxil olmaqla) sakitləşdirmək üçün dünyəvi və mütərəqqi qüvvələrdən istifadə etməyi bacardılar. Bu “gizli plan” (Qərb vəziyyəti çox gec anladı) uğurla icra olunur. Məhz 2013-2016-cı illərdə Ərdoğan əsl avtoritar və neo-Osmanlı üzünü ortaya qoydu, üstəlik, Osmanlı xilafətinin 2053-cü ilə “Konstantinopolun fəthinin altı yüzüncü il dönümünə” döndüyünü elan etdi. Bu arada “Milli baxış” Avropada türk müsəlmanları arasında açıq-aşkar öz ideologiyasını uğurla yaymaqda davam etdi və dünyəvi cəmiyyəti rədd etdiyini gizlətmədi. Avropalı türklərə Türk dini qurumları və Diyanət İşləri İdarəsi ilə birlikdə davranan “Milli baxış”ın (xüsusilə alman) Avropa qolları Qərbdəki müsəlman diasporunu birləşdirmək üçün “Müsəlman Qardaşlar”ı ilə işləyirlər.

Emmanuel Makronun separatizm və islamafobiya ittihamları bu qüvvələri vahid güc ətrafında daha da birləşdirir”.

Müəllif qeyd edir ki, “Milli baxış” Hərəkatının Avropada geniş məscid və birlik şəbəkəsi var. Məscidlərində teokratik ideologiyanı təbliğ edən bir sıra fanatik vaizlər çalışırlar. Ərəb “Müsəlman Qardaşları”nın, türk “Milli baxış”ının eyni zamanda Hindistan-Pakistanlı İslamçılarla ideoloji və siyasi yaxınlığı var.

Türk İslamçılığının gücünün və nüfuzunun nümayişi

“Milli baxış” Hərəkatı məscidlər də daxil olmaqla Fransız təşkilatlarında və təhsil mərkəzlərində 151 imama, yüz məscidə və 180 türk dili və mədəniyyəti müəlliminə himayə edir. Hərəkat 70 məscid və namaz salonuna və Türk Ofisinin Fransız Müsəlman Dini Şurasında təmsilçiliyinə – 270 türkün vasitəsilə nəzarət edir. Ərdoğan və partiyasının anti-Qərb ideologiyasını yayan türk-islamçı şəbəkələrinin nüfuzu isə getdikcə artmaqdadır.

“Milli baxış”ın Fransız ofisində Fatih Sarıkırın, Əhməd Orgasın adının çəkildiyi məqalədə xüsusi olaraq bildirilir ki, Makronun Fransasına qarşı həqiqi bir siyasi hücum başladan Ərdoğan bu gün olduqca güclü görünür.

Nəşr xüsusi olaraq “Milli baxış”ın ideoloji DNT-sini daha yaxşı başa düşmək üçün hərəkatın qurucusu Nəcməttin Ərbakanın bu sözlərini xatırlayır: “Avropalılar xəstədir … onlara dərman verəcəyik. Bütün Avropa İslam olacaq, Romanı fəth edəcəyik”.

Alman kəşfiyyatı “Milli baxış”ı “ölkədə terrorizm üçün arxa baza” rolunu oynaya biləcək “fundamentalist islamçı” təşkilatlar siyahısına salıb, lakin hərəkat Almaniyada nüfuz sahibidir, çərçivə daxilində imamlara subsidiya və ödəmələr alır.

Müəllif daha sonra yazır: “Hərəkat təməl sənədlərindən titrəyir: Onların “cihada qoşulma”, “cihada getməyə hər zaman hazır ol” çağırışlarını görürük və möminlər cəmiyyətinin qarşısına “cəmiyyətin islamlaşması” məqsədini qoyduğunu qəbul edirik. Təşkilatın məqsədi (“Bütün yer üzündə Allahın hakimiyyətini qurmaq”) “Müsəlman Qardaşlar”la eynidir və bu şüar olduqca açıq şəkildə qoyulur. Eyni şeyi Avropanın bütün xüsusi xidmət orqanları dinləsəydi, Fransada çoxdan bütün digər islamçı hərəkatlar kimi bu da qadağan edilərdi. “Milli baxış” şəriət qaydalarını və Osmanlı İslamçılığını təbliğ edir və şiddətin bir hədəfə çatmaq üçün uyğun bir yol olduğunu müdafiə edir. Nəhayət, onun loqosu İslam hilalının fonunda Avropa xəritəsidir…

2008-ci ildə Almaniyada keçirilən bir konqresdə, daha sonra 2010-cu ildə Parisdə və 2017-ci ildə Strasburqda keçirilən təmtəraqlı mitinqlərdə Ərdoğan əsl Osmanlı fəthi olaraq Avropa türklərinə və müsəlmanlarına bu mesajı verdi: “Heç kim sizdən assimilyasiya tələb edə bilməz. Assimilyasiya tələb etmək insanlığa qarşı cinayətdir …”

Yeni sultan bir sıra digər açıq bəyanatlarında deyib ki, türklər burada zəngin olmaqla bərabər daha çox uşaq sahibinə çevrilməlidir. Məhz onda islamofoblar öz evlərini tərk etməkdən qorxacaqlar”.

Hesabat xarakterli bu yazıda daha sonra deyilir ki, “Milli baxış”ın özünü maliyyələşdirmək üçün geniş imkanları var.

Aleksandr del Valle analitik şərhində xüsusi olaraq narahatlığını bildirir ki, Strasburq bələdiyyəsi dünyəvi bir respublika prinsiplərinə və Qərb dəyərlərinə düşmənliyini gizlətməyən panislamist hərəkatın məscidini maliyyələşdirəcək.

Müəllif heyrətini də gizlətməyib: “Təşkilatın yerli ofisinin rəhbəri Əyyup Şahin televiziyada təkrarən Fransadakı İslam təşkilatlarının respublika prinsiplərinə riayət etməsini tələb edən bir sənədi imzalamayacağını təkrarlayıb. Daxili işlər naziri Gerald Darmaneni Ankaranın millətçi müdaxiləsini tənqid etdiyinə görə “cahil” adlandırıb. Əgər hər hansı bir xristian təmsilçisi türkiyəli nazirlə əlaqəli belə bir hiylə qurmağa cürət etsəydi, yəqin ki, onu xeyli həbs cəzası gözləyirdi…

Xatırladaq ki, Türkiyədə Rum Pravoslav Patriarxlığı hakimiyyətə tabedir və din xadimləri millətçiləri təbliğ etmək məcburiyyətindədirlər. Xristian məktəblərindəki Türk-Osmanlı baxışları ermənilərin, yunanların və Suriyalıların soyqırımını inkar edir. Bundan əlavə, Halkideki Pravoslav seminariyası 1974-cü ildən bəri bağlıdır və getdikcə daha az sayda artan yeni keşişlər yetişdirə bilmir”.

Görünən odur ki, Avropa ciddi təşvişə düşüb. Almaniyanın hüquq-mühafizə orqanları, İsveçrə, İsveç və Fransız kəşfiyyatı Ərdoğanın bu qitədə casus şəbəkəsi olduğunu dəfələrlə diqqətə çatdırıb. Hər bir halda məqalə avropalıların türklərə olan baxışını əks etdirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*