Hindistanın paytaxtı Yeni Dehli şəhərində paltaryuyan maşının içinə düşən yaş yarımlıq uşaq 15 dəqiqədən çox suda qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Times Now” telekanalı məlumat yayıb.
Bildirilib ki, körpənin gizləndiyini düşünən ana uzun müddət evin ətrafında onu axtarıb. Daha sonra o, oğlunu paltaryuyan maşında tapıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq komaya düşüb və 12 gün süni nəfəs aparatında qalıb.
Həkimlər bildirib ki, bədənə daxil olan sabunlu sudan körpənin bəzi daxili orqanların fəaliyyəti pozulub. Üç həftə sonra o, ambulator müalicə üçün xəstəxanadan buraxılıb.
İqbal Rzayev,
KONKRET.az
