Subhi Tufayli: “Ermənilər işğalçıdır və özünüzə İslam dövləti deyirsiniz, amma zalımı dəstəkləyirsiniz” – VİDEObackend

Subhi Tufayli: "Ermənilər işğalçıdır və özünüzə İslam dövləti deyirsiniz, amma zalımı dəstəkləyirsiniz" - VİDEO

“İran xalqının əksəriyyəti Azərbaycan ərazisini ermənilərin 30 ildir işğal etdiyini indi öyrənir”.

KONKRET.az Azad İran-a istinadla xəbər verir ki, bunu Livan Hizbullahının sabiq baş katibi Şeyx Subhi Tufayli deyib. O, İran xalqının Azərbaycan ərazisini ermənilərin 30 ildir işğal etdiyini hələ indi öyrəndiyini bildirib.

“Xalqın əksəriyyəti bir problemi – Azərbaycan ərazisini ermənilərin 30 ildir işğal etdiyini indi öyrənir.

Bu gün Türkiyə Azərbaycana öz ərazisini işğaldan azad etməkdə kömək edir. Bu, bir həqiqətdir.

Bir sıra dövlətlər müharibəyə ehtiyac olmadığını, problemin danışıqlar yolu ilə həll edilməsinə çağırışlar edirlər. Bu problemin yaranma tarixinə baxmaq lazımdır. Çünki, mənim bu məsələ ilə bağlı keçmiş xatirəm var.

O vaxtlar (Qarabağ müharibəsi ərəfəsi) mən Tehranda idim. İran mediasını izləyirdim və insanların erməniləri dəstəklədiyini görürdüm. Dövlətin və medianın ermənilərin yanında olmasına çox təəccüblənirdim.

Ermənilər işğalçıdır və siz özünüzə İslam dövləti deyirsiniz, zülmə və təcavüzə qarşı olduğunuzu söyləyirsiniz. Bəs onda niyə zalımın yanındasınız?

Halbuki siz özünüz Azərbaycanın əsrlərdir İranın parçası olduğunu, azərbaycanlıların İran xalqı olduğunu və onların əksəriyyətinin İranda yaşadığını iddia edirsiniz. O zaman təbii olaraq hər şeydən öncə siz məzlumun yanında olmalı idiniz. Bunlar da müsəlman, məzlum, üstəlik də şiədirlər.

Həqiqətən çox təəccüblənmişdim. Hansı əsasla bunu edirsiniz? Qurana görəmi? “Yaxşılıq və təqva məsələsində bir-birinizə kömək edin!”- əmr edən Quran ayəsinə görəmi? Yaxşılıq və təqva belə olur?

Heyrət içində idim və bunun səbəbi mənim üçün çox maraqlı idi. Bir gün İranın xarici işlər naziri ilə görüşdüm və ondan bunun səbəbini soruşdum.

Nazir bir cümlə ilə məsələni mənə belə izah etdi: “Ermənistan Türkiyə ilə həmsərhəddir və biz Türkiyənin Türkmənistan, Özbəkistan, Azərbaycan və digər dövlətlərlə əlaqə qurmasını əngəlləməliyik. Biz Türkiyəyə qarşı Ermənistanı dəstəkləyirik”.

İçimdən öz-özümə “Kaş sənə bu sualı verməyəydim” dedim”, – Şeyx Subhi Tufayli deyib.

Natiq Səlim, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*