Rusiyanın sosial şəbəkələrində “Qafqazda sürücü” adlı video cəmiyyətdə haqlı narazılığa səbəb olub. Videodan da görünür ki, avtobus sürücüsü sükan arxasında sözün əsl mənasında rəqs edir və sərnişinləri əyləndirir. Sosial şəbəkə istifadəçiləri sürücünün sükan arxasında məsuliyyətsizliyini qabardaraq bunun yolverilməz olduğunu vurğulayırlar. Videoda “şounu” çəkən sərnişin, deyəsən, əməlli-başlı əylənib və görüntüləri paylaşmaqdan zövq alıb. Amma sürücünün buna görə cəzalanacağını nəzərə almayıb.
Konkret.az
