Süleymani olayıyla bağlı status yazan qadın həbs edildibackend

Süleymani olayıyla bağlı status yazan qadın həbs edildi

Kosovada məhkəmə ABŞ-İran gərginliyi ilə bağlı sosial mediada şərh yazan bir qadının “terrorizmi təşviq etdiyi” üçün həbsinə qərar verib. KONKRET.az xəbər verir ki, paytaxt Priştinada prokuror “qaçmaq riski”nə görə İqbal Berişa Hudutinin həbs edilməsini tələb edib.

Euronews xəbər verir ki məhkəmə prokurorun tələbini qəbul edib. Günahı sübut ediləcəyi halda qadını 1 il həbs cəzası gözləyir.

Təqsirləndirilən şəxsin vəkili qərarla bağlı fikir bildirməyib.

İranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra Huduti Facebook hesabında Süleymaninin qisasının alınacağını nəzərdə tutaraq, “dünyanın harasında olmalarından asılı olmayaraq məzlum müsəlmanlara səbirli olmalarını” tövsiyə edib.

Əhalisinin əksəriyyətinin müsəlman olduğu Kosovada dini qurumlar həmin mesajı qınayıblar. Qadının haçansa İranın keçmiş prezidenti Mahmud Əhmədinecatla fotosu diqqət çəkib.

Kosovo rəhbərliyi İrana qarşı hərəkətlərində ABŞ-a dəstək verəcəyini açıqlayıb.

Alpər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*