Sülh müqaviləsinin imzalanmasının vaxtı haqqında Kremldən AÇIQLAMA – VİDEObackend

Sülh müqaviləsinin imzalanmasının vaxtı haqqında Kremldən AÇIQLAMA - VİDEO

Kremlin sözçüsü Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı haqqında danışıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan liderləri ilə danışıqlarının nəticələri və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli planı barədə fikirlərini bildirib.

“Heç kim zamanın arxasınca qaçmır, lakin yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür”, – Peskov deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün gələn həftənin sonunda Moskvada toplanacaqlar.

“Hər şeyi sona qədər yekunlaşdırmaq məsələsi yoxdur. Çünki əsas hələlik yekun nəticədir.

Məhz bu səbəblərə görə indi sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdırmaq mümkün deyil.

Baxmayaraq ki, dünənki görüşdə deyildiyi kimi, şərait bir çox cəhətdən dəyişib və əslində konseptual olaraq bu dəyişmiş şərait artıq yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına imkan verir”, – Putinin mətbuat katibi qeyd edib.

Peskov xatırladıb ki, cümə axşamı keçirilən görüşdə Putin, Əliyev və Paşinyan “razılıq əldə ediblər və onların müvafiq müavinlərinin gələn həftə görüşməsi barədə göstəriş veriblər”.

“Gələn həftənin sonu Moskvada görüş olacaq və bəzi məsələlərin həlli yolları ilə bağlı detalları razılaşdıracaqlar”, – Peskov əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*