“Sülhməramlılar Qarabağda daimi yerləşdirilməli və bu, məcburi xarakter daşımalıdır” – Danielyanbackend

"Sülhməramlılar Qarabağda daimi yerləşdirilməli və bu, məcburi xarakter daşımalıdır" - Danielyan

“Ermənistan benefisiardır, lakin sülh sazişinin erməni versiyası yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu noyabrın 26-da “Sülh” sazişi: konstitusiya məsələsi və beynəlxalq siyasi-hüquqi nəticələr” adlı konfransda Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan deyib.

“Beynəlxalq sənədlərdən danışarkən ilk növbədə onların təşəbbüskarının kim olduğunu başa düşməliyik. Bir qayda olaraq, benefisiar problemi olan, yəni bu və ya digər hərbi-siyasi fəaliyyət nəticəsində zərər çəkmiş tərəfdir.

Hazırda Vaşinqton, Rusiya və Qərb variantları müzakirə olunur. Bir məmur var ki, Azərbaycanın təkliflərini məqbul sayır. Amma erməni variantından danışmırlar. Belə çıxır ki, Ermənistan benefisiar deyil? Təbii ki, benefisiardır və ilk növbədə. Erməni variantı olsa, faydalı olardı. Benefisiar bizik, Ermənistan heç vaxt təcavüzkar olmayıb”, – deyə Danielyan gülünc açıqlama verib.

Danielyan bildirib ki, Ermənistan Konstitusiyasının 13-cü bəndində xarici siyasət qarşılıqlı fayda prinsipi əsasında həyata keçirilməlidir.

“Əgər Qarabağın öz müqəddəratını təyinetmə hüququna məhəl qoyulmursa, o zaman hansı qarşılıqlı faydadan söhbət gedir? Bu zaman siz Azərbaycanı Naxçıvanla birləşdirən yollardan danışırsınız. Naxçıvan blokadada deyil, onun Türkiyə ilə əlaqəsi var. Burda blokadada olan Qarabağdır.

Siz imtina edə bilməzsiniz, çünki bu hüquq Qarabağ xalqına həvalə olunub. Və onlar sizin nə ilə razılaşmağınızdan asılı olmayaraq, milli öz müqəddəratını təyinetmə hüququndan istifadə edirlər. Başqa dövlətin ərazisində dövlət təhsili istəyən xalqın haqqına necə qadağa qoyursan, ona müdaxilə edirsən? Sizin bunu etməyə haqqınız yoxdur”, – deyə Danielyan çərənləyib.

O, sülhməramlı qüvvələrin daimi yerləşdirilməsi məsələsinin vacibliyini və bunun məcburi xarakter daşımalı olduğunu da sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*