Sülhməramlıların Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə SƏRT SÖHBƏTİ OLUBbackend

Sülhməramlıların Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə SƏRT SÖHBƏTİ OLUB

Sülhməramlıların Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə kifayət qədər sərt söhbəti olub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni qəzeti “Past” məlumat yayıb.

Martın 7-də Xocalıda sülhməramlıların qərargahı yaxınlığında Xankəndidən olan erməniərin aksiya keçirib. Aksiya açıq-aşkar anti-Rusiya əhval-ruhiyyəsində olub.

Axşam saatlarında “dövlət naziri” Qurgen Nersisyan da aksiyanın keçirildiyi yerə gəlib.

“Bütün bunlar sülhməramlılar tərəfindən aydın şəkildə qeydə alınıb, üstəlik, separatçılarla kifayət qədər sərt söhbət olub. Rusiya tərəfi belə bir aksiyanın keçirildiyini, xüsusən də “dövlət nazirinin” nümayişçilərə qoşulduğunu anlamır.

Əldə etdiyimiz məlumata görə, Qarabağ sakinlərində belə bir təəssürat yaranıb ki, keçirilən aksiya Nersisyanın xəbəri olmadan baş tutmayıb və onun aksiya yerində peyda olması son nəticəni təsdiqləyib”, – deyə qəzet yazır.

Nersisyan özünü doğrultmağa çalışıb ki, nümayişçilərə qoşulmayıb, sadəcə olaraq, vəziyyəti yerindəcə anlamağa çalışıb. Lakin sülhməramlılar ona inanmayıb və onu “rədd ediblər”.

Qəzetin yazdığına görə, Qarabağda baş verənlərlə bağlı ciddi müzakirələr aparılıb. Bundan sonra növbə Arayik Arutyunyana çatıb. O da Nersisyanı danlayıb və bir daha belə addımlar atmamağa çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*