Sumqayıtda anasını bıçaqlayan qadının məhkəməsi başlayırbackend

Sumqayıtda anasını bıçaqlayan qadının məhkəməsi başlayır

Sumqayıtda anasını bıçaqlamaqda təqsirləndirilən Günel Əliyevanın cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Hadisə bu ilin aprel ayının 18-də Sumqayıt şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.

Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*