Sumqayıtda avtobus palçıqlı yolda batdı – VİDEObackend

Sumqayıtda avtobus palçıqlı yolda batdı - VİDEO

3 günlük leysan Sumqayıtda fəsadlar törədib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkədə yağışdan sonra şəhərin İnşaatçı qəsəbəsində nəqliyyat vasitələrinin qazıntı aparılmış yolda batmasını əks etdirən görüntülər yayılıb.

9 saylı orta məktəbin qarşısındakı yolda “İsuzu” markalı marşrut avtobusu və yük avtomobili batıb.

Batan nəqliyyat vasitələrini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda həmin ərazidə tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*