Sumqayıtda itlərin hücum etdiyi şəxslərin son durumu…backend

Sumqayıtda itlərin hücum etdiyi şəxslərin son durumu…

Sumqayıt şəhərində ötən gün küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya edilən 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb.

KONKRET.az bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, Sumqayıtda küçə itlərinin hücum etdiyi şəxslərdən 1-i 1995-ci il təvəllüdlü qadın, 5-i isə 2010, 2015, 2017, 2019 və 2020-ci il təvəllüdlü uşaqlardır.

Qeyd olunub ki, uşaqlar təhsil aldıqları müəssisələrdən çıxdıqdan sonra saat 17:30 radələrində küçə itləri onlara hücum edib.

Hazırda xəstəxanada müalicəsi davam edən 2020-ci il təvəllüdlü uşaq istisna olmaqla, hücuma məruz qalan digər şəxslər evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*