Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
KONKRET.az xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***
Sumqayıtda restoran yanır.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı restoranında qeydə alənıb.
Yanğın yerinə FHN-in DYMX-nin canlə qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır./report