Almaniya və Avstriya Rusiyaya avtomobillər göndərən iş adamlarına “müharibə elan etdi”backend

Almaniya və Avstriya Rusiyaya avtomobillər göndərən iş adamlarına "müharibə elan etdi"

Almaniya və Avstriyada Avropa İttifaqının sanksiyalarından yan keçməklə Rusiyaya avtomobil tədarükündə şübhəli bilinən iki sahibkarın ev və iş yerlərində axtarışlar aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kayzerslautern prokurorluğu məlumat yayıb.

İstintaqın versiyasına görə, şübhəlilər 2022-ci ilin payızından 2024-cü ilin sonunadək Rusiyaya 53 minik avtomobili və 6 yük dartıcısı ixrac ediblər.

İddialara görə, qanunsuz tədarükləri gizlətmək üçün onlar üçüncü ölkələrdən, o cümlədən Belarus, Qırğızıstan və Gürcüstandan istifadə ediblər.

Sentyabrın 8-də sahibkarların Vyanadakı yaşayış və kommersiya obyektlərində, eləcə də Almaniyanın Noyştadt-an-der-Vaynştresse şəhərində axtarışlar aparılıb.

Almaniyada hüquq-mühafizə orqanları Porsche və Mercedes-Benz markalı iki avtomobil, Avstriyada isə 85 min avro nağd pul müsadirə edib.

Bundan başqa, Almaniya, Avstriya və Belçikadakı bank hesablarında olan daha 278 min avro vəsait bloklanıb.

Qeyd edək ki, mart ayında Almaniyanın Vürzburq şəhərində məhkəmə Bavariyadan olan avtomobil dilerini sanksiyaları pozaraq Rusiyaya 111 lüks avtomobil göndərdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edib.

2025-ci ilin mayında isə Almaniya prokurorluğunun Rusiyaya bahalı avtomobillərin tədarükü ilə bağlı 40-dan çox cinayət işi üzrə araşdırma apardığı bildirilmişdi.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*