İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Likud” partiyası məlumat yayıb.
İskə səbəb həmin media qurumlarının HƏMAP-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan əvvəl Misir və BƏƏ rəhbərliyindən guya xəbərdarlıqlar aldığına dair yayımladıqları məlumatlar olub. Partiyanın məlumatına görə, tələb olunan təzminatın məbləği 2,6 milyon şekel (təxminən 850 min dollar) təşkil edir.
Məhkəmə iddiasının cavabdehləri qismində “Haaretz” və “Yedioth Ahronoth” qəzetləri, 12-ci kanal, həmçinin jurnalistlər Şlomi Eldar, Uri Misqav, Nadev Eyal, Barak Ravid və Attila Şomfalvi göstəriliblər.
Natiq Səlim,
KONKRET.az
