İtaliyanın şimalında sürətli qatar relsdən çıxıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “Corriere Della Sera” qəzeti yayıb.
Nəşrin məlumatına görə, nəticədə 30 nəfər xəsarət alıb, bir nəfər həlak olub. Başqa bir şəxs itkin düşmüş hesab olunur.
Qatarın Milandan Bolonyaya getdiyi deyilir. Hadisə Lodi əyalətində qeydə alınıb.
Qəzanın səbəbi hələlik məlum deyil.
Babək Göyüş
KONKRET.az
