Suriya və İraqdan gətirilən uşaqların sayı AÇIQLANDIbackend

Suriya və İraqdan gətirilən uşaqların sayı AÇIQLANDI

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Suriya və İraqdan ölkəyə repatriasiya edilmiş 378 nəfərlə iş aparır”.

KONKRET.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən APA-ya bildirilib ki, həmin şəxslərdən 22-si qadın, 356-i uşaqdır:

“Bu şəxslərdən hazırda 146 nəfəri ailədə yaşayır. 10-u qadın, 2-si uşaq olmaqla 12 nəfər isə repatriasiya prosesindən əvvəl ölkəyə qayıtmış şəxslərdir”.

Qeyd edək ki, repatriasiya prosesi 2018-ci ildən başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*