Oktyabrın 6-da ABŞ ordusu Suriyanın şimalına hava hücumu təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı İŞİD-in iki yüksək rütbəli üzvü məhv edilib.
“Bu zərbə İŞİD-in regionda sabitliyi pozmaq, qüvvələrimizə və tərəfdaşlarımıza hücum etmək imkanlarını azaldacaq”, – CENTCOM komandanı general Maykl Kurilla bildirib.
İlkin məlumatlara görə, İŞİD-in Suriyadakı müavini Əbu Haşum əl-Umavi və məhbusların işlərinə cavabdeh olan Əbu Muad əl-Qahtani öldürülüb. Mülki əhalidən və ABŞ hərbçilərindən heç kim xəsarət almayıb.
İqbal Rzayev,
KONKRET.az
