Şəmkirdə sürücü faciəvi şəkildə həyatını itirib.
KONKRET.az-ın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.
Yük avtomobili yol kənarda dayanan “VAZ” markalı avtomobillə toqquşub. Hadisə zamanı sürücü də avtomobilin yanında olub və maşının altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
