
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanda 2020-ci il yanvarın 1-dən etibarən yol polisi əməkdaşları xidmət edərkən bodi-kameralardan istifadə etməyə borcludurlar.
Xatırladaq ki, 1 iyul 2019-cu ildə Özbəkistanda yol patrul xidmətinin hər bir əməkdaşı xidməti həyata keçirərkən mobil videokameraya sahib olmalıdır. Lakin Müdafiə Sənayesi Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən göstərilən bürokratiya bu sahədə gecikmələrə səbəb olub.
Bundan sonra hökumət “Daxili işlər orqanlarının işçilərini səyyar video nəzarət cihazları ilə təmin etmək üçün əlavə tədbirlər haqqında” qərar qəbul edib. Sənədə əsasən, 2020-ci il yanvarın 1-dək yol patrul bölmələrinin və daxili işlər orqanlarının patrul xidmətinin bütün işçiləri mobil videokameralar və planşetlərlə təmin edilməlidir.
Qaydalara əsasən, sürücülər belə cihazları üzərində gəzdirməyən yol polislərinə sənəd təqdim etməyə bilər.
