Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min manat təminat albackend

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min manat təminat al

Son illər avtomobillərin bazar qiymətində ciddi artım müşahidə olunsa da, icbari avtomobil sığortası üzrə əmlaka dəyən zərərə görə müəyyən edilən sığorta təminatının məbləği dəyişməz olaraq qalır. Bu isə sürücülərdə mövcud təminatın bahalaşan avtomobillərin təmir xərclərini qarşılamaq üçün yetərli olub-olmaması ilə bağlı suallar yaradır.

Bəs avtomobillərin qiyməti artdığı halda, icbari sığorta üzrə təminat məbləğinin eyni səviyyədə saxlanılmasının səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, hazırda icbari avtomobil sığortası çərçivəsində əmlaka dəyən zərər üzrə 5 000 manatadək təminat nəzərdə tutulur.

Sığortada saxtakarlıq halları…”-Emil Ağabağırov - Sigortalı Azerbaycan

“Bu məbləğ əksər hallarda baş verən yol-nəqliyyat hadisələri nəticəsində yaranan zərərin ödənilməsi üçün hələ də kifayət edir.

Əvvəlki illərdə sığorta hadisələri üzrə orta zərər məbləği 2 000-3 000 manat civarında olduğu halda, son dövrlərdə bu göstərici 3 000-4 000 manata yaxınlaşıb. Buna baxmayaraq, mövcud 5 000 manatlıq təminat orta statistik zərərin qarşılanmasına imkan verir”.

Emil Ağabağırov əlavə edib ki, sürücülər istəsələr, könüllü məsuliyyət sığortasından da yararlana bilərlər.

“Təxminən 20 manat əlavə ödəniş etməklə sığorta təminatını daha 5 000 manat artırmaq mümkündür. Beləliklə, qarşı tərəfin avtomobilinə dəyən zərər üzrə ümumi təminat 10 000 manata çatır”.

Ekspertin fikrincə, mövcud təminatın əksər hallarda zərəri qarşıladığını nəzərə alsaq, yaxın dövrdə icbari avtomobil sığortası üzrə məbləğin artırılması gözlənilmir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*