Azərbaycanda müəllimlər üçün yeni öhdəlik qoyulub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarında yeni əlavələr edilib.
Yeni tələblərə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidir.
Həmçinin müəllimlər tərəfindən intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.
