Şuşa Vətəndir, Vətənin adını dəyişmək olmaz, Müşviq Abbasov!backend

Şuşa Vətəndir, Vətənin adını dəyişmək olmaz, Müşviq Abbasov!

44 günlük Vətən Müharibəsi zamanı xalam nəvəsi Nicat Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Nicatın şəhid olduğu gün – noyabrın 9-da bir şuşalı biznesmen qələbə münasibətilə sevincindən restoranda 18 yaşlı qızları qabağında oynadır, onların döşlərinin arasına 50 manatlıqlar qoyurdu. Bayırda 200 minlik “Lexus”u da vardı. Qarnı yerlə sürünən bu adam (?) Şuşanın azadlığına görə başını nəvəsi yaşda olan qızların sinəsinə qoyub ağlayırdı. Elə Şuşanın sevinci ilə oteldə gecələmişdi. Bütün alçaqların vətənpərvərliyi belə olur.

Mən həmin gün başa düşdüm ki, Şuşa daha çox onun uğrunda ölənlərin Vətənidir, Şuşa gələcəkdə bu ölkədə doğulacaq bütün bədbəxt qızların, nişan üzüyü başına çırpılan körpələrin, illərlə əlində CV iş axtaran naçar oğlanların Vətənidir.

SSRİ-nin məşhur avtomobil markası olan “Pobeda”nın (Azərbaycanca – “Qələbə”) maraqlı yaranma tarixçəsi var. Belə ki, “Pobeda”nın istehsalına yeni başlayanda SSRİ-nin rəhbəri Stalinə avtomobil haqqında məruzə edərək deyirlər ki, yeni Sovet maşınının adı “Vətən” (Rusca – “Rodina”) olacaq. Stalin məruzəçinin sözünü kəsərək kinayə ilə soruşur:

– Bəs “Vətən”i neçəyə satmağa hazırlaşırsınız?

Stalinin bu sualından sonra avtomobilin adını dərhal dəyişib “Pobeda” qoyurlar.

Müşviq Abbasov! “Şuşa” Vətəndir, Vətənin nə adını dəyişərlər, nə də bu adla alver etmək olar. Şuşa həm də bütün türk dünyasının mədəniyyət paytaxtıdır. Sənin iştirak etdiyin KVN yarışı da mədəniyyət tədbiridir. Bu ad altında hərbi qələbəni əsgərlərimiz çaldı, mədəni qələbəni sən çalmalı idin. Şuşanın adı ilə! Olmadı. uduzdun! Orda qalib olsan da, sən məğlubsan! Mən Şuşanın heç vaxt başı dumanlı dağlarını, Xarı bülbülümü vəsf edən deyiləm. Pafos və romantika insanı çılpaq göstərir. Amma unutmayaq: Şuşa Azərbaycanın ana bətnidir. Vətən oradan başlanır həm də…

Samir Feyruzov,

KONKRET.az

  • Tahir
    Yanvar 26, 2022 - 13:40

    Ölkədə vəziyyət elədir ki, ictimai şüura partiyalar, deputatlar, siyasətçilərdən çox Müşfiq, Aygün, Röya, Faiq, pişik Günel, Samiraldo kimi manıslar daha çox təsir edirlər. Bunlar üçün də səhnə,pul hardadırsa vətən də ordadır. Kapitalist, oliqarxlar kimi…..

  • Tahir
    Yanvar 26, 2022 - 13:51

    Baxın neçə gündür ölkə etdiyi səhvə görə ( oxu:biqeyrətlik) Müşfiqin az qala yeddi arxa dönəmini yaglayırlar. Amma bu buqələmun heç olmasa bir üzür istəməyi belə özünə sıgışdırmır, özünə bəraət qazandırmaq üçün çabalayır. Çünki insan səmimiyyəti dən məhrumdur. Şitliklə dolu ssenarilərinin alqışları onu zatən Qudurdub. Təxmin edirəm: İndi Müşfiq düşünür ki, üzür nədir, qələt edib onu tənqid edirlər və uzaqbaşı gedib xaricdə hardasa bir ölkədə iş qurar, pul qazanar və cəhənnəm olsun bu ölkənin vətəndaşları. Çünki onun vətən anlayışı puldur, səhnədir, alqışlardır….qalanı təfərrüatdır…

    • Müqəddəs
      Yanvar 27, 2022 - 08:14

      Üzr nədir,hələ bir hədə qorxuda gəlir.siz dediyiniz kimi biz qudurtmusuq bunları.

  • Müqəddəs
    Yanvar 27, 2022 - 08:12

    Halal olsun.mənimdə demək istədiyim budur, Müşfiq Abbasov Şuşa adını dəyişməklə bir erməni gədəsinin qarşısında məğlub olub uduzdu.ikinci turda adını nə istəyirsən qoy.cunki daha fərqi yoxdur,qatar çoxdan gedib!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*