Şuşanın planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorundu – Aydın Kərimovbackend

Şuşanın planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorundu - Aydın Kərimov

Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

“Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun baş planı qurmuşuq. Buna əsasən, Şuşada hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb”, – o deyib.

Aydın Kərimov deyib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var: “Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*