Şvartsenegger ürəyindən dördüncü dəfə əməliyyat olundubackend

Şvartsenegger ürəyindən dördüncü dəfə əməliyyat olundu

76 yaşlı Hollivud ulduzu Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, bu haqda aktyor özü açıqlama verib. O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib. Zarafat edən sənətçi özünü “Arnold’s Pump Club”a bənzədib.

Bir neçə ildir ki, həkimlər aktyorun sağlamlığını ciddi şəkildə izləyirlər və sonda ürək stimulyatoru quraşdırmaq qərarına gəliblər. Bildirilib ki, Arnold özünü yaxşı hiss edir. O, ötən cümə günündən ayağa qalxıb.

Qeyd edək ki, aktyor üçüncü açıq ürək əməliyyatı zamanı həkimlərin səhvə yol verərək ürəyinin divarını deşdiklərini, az qala öləcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*