Əfqanıstanda İŞİD-in qolu olan “Vilayət Xorasan” terror qruplaşmasının sayı 6,5 min nəfərə qədər artıb, 4 minə qədər yaraqlı isə Tacikistanla sərhəddə cəmləşib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 4 minə qədəri silahlı Tacikistanın cənub sərhədlərində, Bədəxşan, Kunduz və Taxar əyalətlərində cəmləşib.
Qeyd edilib ki, Əfqanıstanda yerləşmiş çoxsaylı ekstremist qruplar Mərkəzi Asiya regionunda sabitliyə təhlükə yaradır.
Sidorov onu da vurğulayıb ki, nəzarətsiz narkotik alveri və silahların qeyri-qanuni paylanması Əfqanıstanın vətəndaş müharibəsinə qayıtması ehtimalını artırır.
İqbal Rzayev,
KONKRET.az
