Tacikistan və Qırğızıstan prezidentləri razılığa gəldilərbackend

Tacikistan və Qırğızıstan prezidentləri razılığa gəldilər

Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşüblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə liderləri sərhəddəki vəziyyəti müzakirə edib və sərhədyanı ərazilərdən əlavə hərbi kontingentin çıxarılması barədə razılığa gəliblər.

“Tərəflər dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsindəki vəziyyəti müzakirə ediblər. İki ölkənin liderləri atəşi dayandırmaq və qoşunların təmas xəttindən çıxarılması üçün müvafiq strukturlara göstəriş verməyə razılaşıblar”, – Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, sentyabrın 14-dən Tacikistanla Qırğızıstan sərhədində eskalasiya qeydə alınıb. Bu gün Qırğızıstan sərhədçilərinin bildirdiyinə görə, Tacikistan ordusu reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*