Tacikistanda İranyönümlü din xadimi snayperlə ÖLDÜRÜLDÜ – FOTObackend

Tacikistanda İranyönümlü din xadimi snayperlə ÖLDÜRÜLDÜ - FOTO

Tacikistanda İranyönümlü din xadimi snayperlə vurularaq öldürülüb.

KONKRET.az Tacikistanda Dağlıq Bədəxşan Muxtar Vilayətində (DBMV) hökumət əleyhinə aksiyanın təşkilatçısı olduğu iddia edilən şəxs öldürülüb.

“Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, Məmədbokir Məmədbokirov mayın 22-də Xoroqda güllələnib.

Dağlıq Bədəxşan Muxtar Vilayətində yaşayan din xadimi ötən gün snayper atəşi nəticəsində öldürülüb.

Hakimiyyət onu mütəşəkkil cinayətkar dəstənin başçısı adlandırır. “Fərqanə” agentliyi xəbər verir ki, onlar sosial şəbəkələrdə yazır ki, Məmədbokirovun hüquq-mühafizə orqanlarından birinin snayperi tərəfindən vurularaq öldürülüb.

Radio Ozodi-nin müstəqil mənbələrinə görə, qətl Məmədbokirovun Xoroqdakı evinin yaxınlığında baş verib.

Məmədbokirov regionun özünümüdafiə qüvvələrinin keçmiş komandiridir, Tacikistan sərhəd qoşunlarına yenidən inteqrasiya olunub.

Hadisənin kimlər tərəfindən və nə səbəblə törədildiyi məlum deyil.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*