Tacikistanla qarşıdurmada Qırğızıstanın 87 sakini xəsarət aldıbackend

Tacikistanla qarşıdurmada Qırğızıstanın 87 sakini xəsarət aldı

Tacikistanla sərhəddə toqquşmalar zamanı yaralanan Qırğızıstan sakinlərinin sayı 87 nəfərə çatıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Ümumilikdə silahlı toqquşmalar nəticəsində 87 zərərçəkmiş səhiyyə müəssisələrinə yerləşdirilib, onlardan 5-i ambulator müalicəyə göndərilib”, – məlumatda deyilir.

Ölənlərin sayı ilə bağlı hələlik məlumat verilmir.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin daha çox bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti 59 sakinin xəsarət alması barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*