“Taliban” ABŞ-dan asılı vəziyyətə düşüb – Pul çatışmazlığı ölkəyə nəzarətə mane olacaq…backend

“Taliban” ABŞ-dan asılı vəziyyətə düşüb - Pul çatışmazlığı ölkəyə nəzarətə mane olacaq...

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” ölkənin mərkəzi bankından milyardlarla dollar əldə edə bilmir. Beynəlxalq Valyuta Fondu da terrorçulara maliyyə yardımından imtina edib.

KONKRET.az “Associated Press”-ə istinadla xəbər verir ki, siyasi qarışıqlıqlar nəticəsində sarsılan ölkə iqtisadiyyatı artıq ciddi pul çatışmazlığı ilə üzləşib.

“Taliban”ın ümid etdiyi vəsaitlərə əsasən Amerika və beynəlxalq təşkilatlar nəzarət edir. Qərb ölkələri bunu Əfqanıstanda yeni hökumətə təzyiq göstərmək üçün bir yol kimi görürlər. Bundan əlavə, taliblərin hazırda pul alacaqalrı institusional strukturları yoxdur – bu, onların iqtisadiyyatı idarə etmələrinə mane olacaq. Ölkənin iqtisadi həyatı şəhərlərə keçib, taliblərin iyirmi il əvvəl hakimiyyətə gəldikləri dövrdən bəri ÜDM üç dəfə artıb. Qıtlıq iqtisadi tənəzzülə səbəb ola bilər ki, bu da öz növbəsində 36 milyonluq Əfqanıstan üçün humanitar böhranı daha da ağırlaşdıracaq.

Bundan başqa, “Taliban” digər ölkələrdən olan diplomatların maliyyə problemləri ilə bağlı kiminlə əlaqə saxlaya biləcəyini hələ açıqlamayıb. ABŞ prezidenti Co Bayden “Taliban”ın qlobal iqtisadiyyatın bir hissəsi olmaq istədiyini bilmədiyini etiraf edib. Ola bilsin ki, yeni hökumət xarici vəsait olmadan ötüşməyi düşünür.

“Taliban” Əfqanıstanda sonuncu dəfə hakimiyyətdə olanda əhalinin gündəlik gəliri bir dollardan aşağı idi. Dünya Bankının məlumatına görə, ABŞ əsgərlərinin orada yerləşməsindən sonra adambaşına düşən ÜDM təxminən üç dəfə artıb. Əfqanıstanda cib telefonları, Coca-Cola və Airbnb şirkətləri var və bunların hamısı qlobal iqtisadi qurumlara çıxışa ehtiyac duyur. “Taliban” qüvvələrinin rəhbərlik etdiyi radikal terrorçu qruplara qarşı NATO qüvvələri tərəfindən dəstəklənən hökumət qüvvələri arasındakı müharibə zamanı ölkə iqtisadiyyatı da ildə 8 milyard dollar (ixracatdan təxminən 10 dəfə çox) idxal edən ticarətdən çox asılı oldu.

Əfqanıstanda iqtisadi gərginliyin miqyasını ölkədə valyuta ticarətinin dayandığı da sübut edir. ABŞ ölkə ərazisinə dollar tədarükünü dayandırdı, bundan sonra Əfqanıstan valyutasının dəyəri düşdü və inflyasiya sürətləndi.

Kabildəki valyutadəyişmə məntəqəsinin sahibi Əminullah Əmin həmkarları ilə birlikdə quldurlardan və hazırkı dövlət qurumlarının nümayəndələrindən qorxduqlarını, əfqanların özlərini güvənsiz hiss etdiklərini söyləyib. Bu yaxınlarda o, “Taliban” paytaxtı ələ keçirəndən sonra rayon polis qərargahının talan edilməsinin şahidi olub.

Ekspertlərin fikrincə, “Taliban” hökumətin dəyişməsini maliyyələşdirən gəlir mənbələrinə hələ də malik olsa da, bu, ölkə üzərində tam nəzarəti qurmaq üçün kifayət deyil. Taliblər iqtisadiyyatı xilas etmək, əsgərləri, həddindən artıq mühafizəkar müsəlman döyüşçüləri arasında dəstəyi qorumaq üçün imicində qlobal dəyişikliklər etməlidir.

İqtisadçılar hesab edir ki, “Taliban” Cənubi Asiyada nüfuz sahibi olmaq istəyən digər ölkələrlə diplomatik əlaqələri nəzərdən keçirməlidir. Məsələn, Çin artıq Əfqanıstanda sabitliyə maraq göstərir. Mobil qurğular və elektriklə işləyən avtomobillər üçün batareyalarda istifadə edilən iqtisadi baxımdan perspektivli metal olan litium çinlilərin diqqətini çəkib. Analitiklər 2020-ci ildə Əfqanıstanın nadir torpaq ehtiyatlarının dəyərini 1 trilyon dollardan 3 trilyon dollara qədər qiymətləndirmişdilər.

Kabili ələ keçirən Taliban” Əfqanıstan mərkəzi bankının ehtiyatlarından pul ala bilmir, çünki əksər hissəsi Nyu York Federal Ehtiyat Sistemindədir. İqtisadi böhranla mübarizə üçün Əfqanıstan avqustun 23-də Beynəlxalq Valyuta Fondundan təxminən 450 milyon dollar almalıydı, lakin BVF Əfqanıstanın yeni hökumətinin tanınması ilə bağlı “beynəlxalq ictimaiyyətdə aydınlıq olmadığı üçün” bu vəsaitlərə girişi bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*