“Taliban” hücuma keçir – YENİLƏNİBbackend

"Taliban" hücuma keçir - YENİLƏNİB

“Taliban” yaraqlılarının Pəncşir əyalətinə hücumunu elan edib.

“Yerli səlahiyyətlilər sülh yolu ilə təslim olunmaqdan imtina etdikdən sonra yüzlərlə İslam Əmirliyinin döyüşçüləri əyalət üzərində nəzarət qurmaq üçün Pəncşirə yollanır”, – KONKRET.az “Taliban”-a istinadən xəbər verir.

***

20:11

Əhməd Məsudun müqavimət ordusuna, Özbəkistanda qaçan marşal Əbdül-Rəşid Dostumun dəstələrindən 10 minə yaxın döyüşçü, Əfqanıstan ordusunun əsgərləri, həmçinin ABŞ-da və Böyük Britaniyada təlim keçmiş xüsusi təyinatlılar da qatılıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Müqavimət qüvvələri Qərb ölkələrindən silah istəyib.

KONKRET.az xəbər verir ki, bir müddət əvvəl “Al Arabia” telekanalı bildirib ki, “Taliban” qoşunlarının Pəncşirdə cəmləşıb.

Qeyd edək ki, Əfqanıstanda ən mürəkkəb relyefə malik əyalət – 140 mindən çox əhalisi olan Pəncşir, Kabildən çox da uzaqda deyil. Pəncşir, ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. “Taliban”, hətta 1990 -cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirilərkən buna nail ola bilməyib. Buna görə, əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir.

 

***

16:18

“Taliban” Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinə bölgəni tərk etmək üçün dörd saat vaxt verib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, “Taliban” dəstələri əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazırdır.

Bundan əvvəl “Taliban” qüvvələri Pəncşir vadisi ilə qonşu Baqlan vilayətində Əhməd Məsudun qüvvələrinin nəzarətinə keçən rayonlardan birini geri qaytarıb. Bildirilir ki, təxminən 3 minə yaxın “Taliban” yaraqlısı ağır silahlarla təchiz edilmiş “pikap”larda Baqlan vilayətinin Andarab rayonuna daxil olub və Məsudun qüvvələri döyüşmədən geri çəkilib. Lakin Andarabda “Taliban”a qarşı müqavimət hərəkatına başçılıq edən komandir tərəfdarlarını rayonu geri almaq üçün səfərbərliyə çağırıb.

Eyni zamanda, KİV-lər yazır ki, “Taliban” yaxın vaxtlarda Məsudla görüşmək üçün bir heyət göndərəcək.

Qeyd edək ki, Əhməd Məsud “Əl-Şərq əl-Avsat” qəzetinə verdiyi müsahibədə həm danışıqlara, həm də “sona qədər özünü müdafiə etməyə” hazır olduğunu bildirib.

“Biz Talibanla bir hökumətdə iştirak etməyə hazırıq. … Lakin ekstremizmi hədəf alan bir hökumətin qurulması qəbuledilməzdir. O zaman, Əfqanıstan, bölgə və bütün dünya üçün təhlükə olacaq”, – Məsud hesab edir.

Müqavimət hərəkatının sözçüsünə görə, hazırda onun 9 min döyüşçüsü var.

Əhməd Məsud, Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun oğludur. Əhməd Şah da “Talibana” qarşı çıxış edirdi və rəsmi versiyaya görə “Əl-Qaidə” tərəfindən öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*