“Talibanın Əfqanıstanda iki il vaxtı qalıb” – Davud Moradiyandan ŞOK AÇIQLAMA – ÖZƏLbackend

“Talibanın Əfqanıstanda iki il vaxtı qalıb” - Davud Moradiyandan ŞOK AÇIQLAMA - ÖZƏL

2021-ci ilin avqustunda radikal Taliban qruplaşmasının Əfqanıstanı necə sürətlə ələ keçirməsi və hökuməti ölkəni tərk etməyə məcbur etməsi dünyanı şoka saldı. Amma üzərindən altı aydan bir qədər çox vaxt keçdikdən sonra Taliban getdikcə ölkəni idarə etməkdə çətinliklərlə üzləşir.

KONKRET.az beynəlxalq analitik mərkəzlərin araşdırmasına istinadən xəbər verir ki, Talibanın özündə parçalanmalar yaranıb, iqtisadi böhran böyüyüb. Bütün bunların fonunda isə Taliban nə ölkə daxilində, nə də xaricində dəstək ala bilməyib. Əfqanıstan Strateji Araşdırmalar İnstitutunun direktoru və Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Davud Moradiyan Talibanın nə üçün effektiv idarəetmə sistemi qura bilmədiyini və əfqanların niyə incik düşdüyünü aydınlaşdırmağa çalışıb.

Taliban altı aydan artıqdır ki, Əfqanıstanı idarə edir. Hərakat bu müddət ərzində nə əldə etdi?

Moradiyan: Talibanın əsas nailiyyəti odur ki, Əfqanıstanda müasir və mötədil dövlət yaratmaq üçün beynəlxalq ictimaiyyətin səylərini məhv edə bildi. Taliban ABŞ-ın 2001-ci ildə elan etdiyi terrorizmə qarşı qlobal müharibə rəvayətini dəyişməyə müvəffəq oldu. Terrorçu qrup 20 ildə ilk dəfə olaraq hökuməti devirməyi və onun xarabalıqları üzərində öz güc strukturunu qurmağı bacardı. Beləliklə terror qruplaşması böyüyüb terrorçu dövlətə çevrilib.

Onlar nə qədər hakimiyyətdə qala bilərlər?

Davud Moradiyan: Əfqanıstan münaqişəsinin dinamikasını proqnozlaşdırmaq olduqca çətindir, çünki bilinməyənlər həddən artıq çoxdur. Amma artıq bəllidir ki, “Taliban” ciddi problemlə üzləşib. Daxildən Taliban çox parçalanıb. Hərəkat daxilində çoxlu fraksiyalar var və onları birləşdirməyə qadir olan vahid ali güc yoxdur. Bu, birinci problemdir. İkincisi, Taliban ölkənin siyasi idarəçiliyinin necə qurulacağına dair dəqiq anlayışa malik deyil. Onların konstitusiyaları və müəyyən bir hökumət tipini göstərən rəhbər prinsipləri yoxdur. Yəni söhbət yaxşı və ya pis konstitusiyadan getmir – onlarda ümumiyyətlə yoxdur. Talibanın üzləşdiyi üçüncü problem institusional böhrandır. Bəli, onlar dövləti nəzarətə götürüblər. Amma dövlət idarəçiliyi tənzimləyici orqanlar deməkdir. Amma Talibanın gəlişi ilə dövlət aparatında çalışanların sayı demək olar ki, 80 faiz azalıb. Ölkəni idarə etmək üçün kifayət qədər işçi qüvvəsi, bilik və təcrübə mövcud deyil. Və nəhayət, iqtisadi böhran. Əfqanıstan beynəlxalq yardımdan çox asılıdır. İndi də sanksiyalara görə Əfqanıstan beynəlxalq ictimaiyyətdən əldə etdiyi maliyyə gəlirinin üçdə ikisini itirib. Bundan başqa aclıq, yoxsulluq, məcburi köçkünlər və sair bu kimi problemlər var. Talibanın sadəcə olaraq öhdəsindən gələ bilməyəcəyi irimiqyaslı iqtisadi böhran hökm sürür.

Улицы Кабула после прихода талибов к власти

Bəs ölkə daxilində müqavimətlə bağlı başqa problemlər də var?

Davud Moradiyan: Bəli var və çox vaxt bu müqavimət etnik xarakter daşıyır. Başa düşmək lazımdır ki, Taliban ilk növbədə puştun hərəkatıdır. Ona görə də taciklər, həzaralar və özbəklər kimi bütün digər etnik qruplar ona qoşulmur və hətta hərakata qarşı çıxır. Bundan əlavə, şəhərlərdə yaşayan puştunlar Talibanı dəstəkləmir. Hərəkatın onurğa sütununu kənd yerlərinin sakinləri təşkil edir və dünyəvi şəhər əhalisi onların hakimiyyəti altında olmaq istəmir. Və təbii ki, əfqan qadınlarını da unutmaq olmaz. Onlar Talibana qarşı mübarizədə ön sıralardadırlar. Təəssüf ki, əfqan kişiləri susur və fəaliyyətsizdirlər. Lakin Əfqanıstanın cəsur qadınları yaraqlılara qarşı döyüşməyə qalxdılar. Qadınların müqaviməti demək olar ki, hər yerdə geniş yayılıb. Əfqanıstan tarixində ilk dəfə olaraq biz Talibanın qadınların aparteidinə (1948-ci ildən Cənubi və Cənubi Qərbi Afrikada mövcud olan institusional irqi seqreqasiya sistemi) qarşı mübarizəyə başlayan tam hüquqlu və mütəşəkkil qadın hərəkatını görürük.

Забиулла Муджахид, представитель правительства талибов, во время пресс-конференции в Кабуле, 27 февраля 2022 года

Əgər söhbət konkret olaraq Pəncşirdəki Əfqanıstan Milli Müqavimət Cəbhəsi kimi silahlı üsyançılardan gedirsə, o zaman Taliban əleyhdarlarının şansları nə qədərdir? Ciddi mübarizə apara bilərlərmi?

Moradiyan: İndiyə qədər biz Əfqanıstanın şimal, qərb və mərkəzi hissələrində Talibana qarşı müqavimətin yalnız kiçik qığılcımını görürdük. Bu qığılcımlar hələ çox kiçikdir, lakin tezliklə böyüməyə başlayacaqlar. Yaxın aylarda Taliban müxtəlif silahlı qrupların müqaviməti ilə üzləşməyə başlayacaq. Bundan əlavə, Taliban İŞİD və  Əl-Qaidə kimi digər terror qruplarının rəqabəti ilə üzləşəcək. Bu, Əfqanıstanın qonşularını narahat etməyə bilməz. İran, Orta Asiya respublikaları, Çin və hətta Pakistan hökumətindəki bəzi qruplar beynəlxalq və regional terror qruplaşmalarının sığınacağına çevriləcəklərindən narahatdırlar. Bu narahatlığı dünya liderləri, o cümlədən Rusiya da bölüşür. Talibanın təkbaşına beynəlxalq terrorizmə qarşı dura biləcəyinə az adam inanır.

Dediyiniz hər şeyi ümumiləşdirsək, Talibanın hakimiyyəti nə qədər davam edəcək?

Moradiyan: Mən onlara iki il vaxt verərdim. Onda vəziyyət tamamilə fərqli və son dərəcə çətin olacaq. Hakimiyyətə gəldikdən sonra Taliban Rusiya və beynəlxalq birliyin digər üzvlərinin çağırışına razılaşaraq inklüziv hökumət yaratmağı öhdəsinə götürdü. Amma onların verdikləri sözün üstündə durma şansı varmı?. Təbii ki, yox. Bu müddət ərzində Taliban çox açıq şəkildə bildirdi ki, onların istədikləri tək İslamçı dövlətdir. Onlar çoxlu vədlər verdilər. Lakin indi verdikləri bəyanatlar göstərir ki, onlar İran kimi teokratik dövlət qurmaq istəyirlər, təkcə ali lider və ruhani hökumət var. Və bu, təbii ki, inklüziv hökumət konsepsiyası ilə kökündən uyğunlaşmır.

Bəzi ölkələrin, xüsusən də Norveçin Taliban və vətəndaş cəmiyyəti arasında birbaşa dialoq təşkil etmək səyləri barədə nə düşünürsünüz? Onlar Əfqanıstan xalqı üçün uğurlu və faydalı ola bilərmi?

Moradiyan: Bu işləməyəcək, çünki Taliban hakimiyyəti heç kimlə bölüşməkdə maraqlı deyil. Onların islamçı dövlətlə bağlı öz baxışları var və ölkənin idarə olunmasına başqa qüvvələri cəlb etmək istəmirlər. Onların istədikləri yalnız bəyətdir. Müsəlmanlar əmirə və ya xəlifəyə beyəti belə adlandırırlar.

Talibanın beynəlxalq və ya ayrı-ayrı ölkələr tərəfindən tanınma şansı varmı?

Davud Moradiyan: Bəzi dövlətlər həqiqətən də Talibanı sakitləşdirə, onları hansısa tanınma forması ilə bəzi məsələlərdə mövqelərini yumşaltmağa inandıra biləcəklərini düşünürlər. Təəssüf ki, Rusiya da o ölkələrdən biridir. Bu xüsusilə təəssüf doğurur. 1919-cu ildən, yəni bir əsr öncə Rusiya Əfqanıstanın dünyəviləşməsi və modernləşdirilməsinin tərəfdarı olub. Əvvəlcə çar Rusiyası, sonra isə Sovet İttifaqı həmişə mütərəqqi cərəyanları dəstəkləmiş, qadınların təhsil almasına, universitetlərin yaradılmasına, fabriklərin tikintisinə kömək etmişdir. Məsələn 1919-cu ildə belə olub. Çar Rusiyası və daha sonra SSRİ çox mütərəqqi və müasir kral Əmanullah Xanı, ingilislər isə onun əleyhdarlarını dəstəkləyilər. Onilliklər sonra, 1980-ci illərdə Sovet İttifaqının Əfqanıstana müdaxiləsi zamanı SSRİ Əfqanıstan Xalq Demokratik Partiyasının yaratdığı dünyəvi hökuməti, ABŞ isə mücahidləri dəstəklədi. Lakin Rusiya ilə ABŞ arasındakı qarşıdurmanın son beş ili ərzində Kreml Əfqanıstanda ikili oyun oynamaq qərarına gəldi. Mən həqiqətən ümid etmək istərdim ki, Rusiya yenidən islamçı fanatiklər və ekstremistlərlə flört etmək əvəzinə Əfqanıstanın daxilindəki dünyəvi və mütərəqqi qüvvələri dəstəkləyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*