Talibanın saxladığı beş Britaniya vətəndaşı sərbəst buraxıldıbackend

Talibanın saxladığı beş Britaniya vətəndaşı sərbəst buraxıldı

Əfqanıstanda Taliban tərəfindən saxlanılan beş Böyük Britaniya vətəndaşı sərbəst buraxılıb.

KONKRET.az xəbər verir ki, saxlanılan şəxslər Britaniya hökumətinin üzr istəməsindən sonra sərbəst buraxılıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi onların rəsmi səyahət tövsiyələrini pozaraq ölkəyə getmələrinin səhv olduğunu etiraf edib. Xarici işlər naziri Liz Trass beş nəfərin tezliklə ailələrinə qovuşmasına görə məmnun olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: “Biz Əfqanıstanda saxlanılan 5 Böyük Britaniya vətəndaşının Əfqanıstanın hazırkı administrasiyası tərəfindən azad edilməsini alqışlayır və yüksək qiymətləndiririk. Bu vətəndaşların Böyük Britaniya hökumətinin Əfqanıstandakı işində heç bir rolu yox idi. Böyük Britaniya vətəndaşlarının ailələri adından biz Əfqanıstan mədəniyyətinin, adət-ənənələrinin və qanunlarının pozulmasına görə üzr istəyirik və gələcəkdə bu kimi halların bir daha təkrarlanmamasını arzulayırıq”.

Saxlanılanların kim olduğu və Taliban tərəfindən nə vaxt saxlandıqları barədə hələ ki, məlumat verilməyib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*