Əfqanıstanın Tehrandakı səfirliyi Taliban diplomatının 3 arvadı və 12 uşağı olduğu üçün ona ev tapmaqda çətinlik çəkir.
KONKRET.az xəbər verir ki, bu barədə “Sobh-e Kabol” qəzeti məlumat yayıb.
Digər tərəfdən İranın “İslam Cümhuriyyəti” qəzeti yazıb:
“Taliban hökumətinin üçüncü katibi üç arvadı ilə birlikdə Əfqanıstanın Tehrandakı səfirliyində 5 min dollardan çox maaş alır. Üçüncü katib olan Müfti Məhəmməd Əzim Nurani 300 dollar da icarə haqqı alacaq”.
Əfqanıstanda dərc edilən qəzetlərdən biri məsələyə münasibət bildirərək yazıb:
“Talibanın xarici ölkələrdə diplomatik xərclərə böyük pullar xərclədiyi bir vaxtda, ölkədə vətəndaşlar həddindən artıq yoxsulluqdan əziyyət çəkir”.
Natiq Səlim,
KONKRET.az
