Taliblər ABŞ-ı Əfqanıstana geri qayıtmağa çağırdıbackend

Taliblər ABŞ-ı Əfqanıstana geri qayıtmağa çağırdı

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından beş il sonra ölkə hakimiyyəti Vaşinqtona diplomatik fəaliyyətini yenidən bərpa etməyi təklif edib.

KONKRET.az xəbər verir ki, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi “The New York Times” qəzetinə müsahibəsində bildirib ki, ABŞ yenidən səfirliyini aça, diplomatik nümayəndəliyini saxlaya və Əfqanıstanın mineral ehtiyatlarına, bəndlərinə və yol infrastrukturuna investisiya yatıra bilər.

Əfqanıstanlı nazirin sözlərinə görə, “Taliban” hakimiyyəti müharibə dövrünün başa çatdığını düşünür və ABŞ-la münasibətləri qarşılıqlı hörmət əsasında qurmaq istəyir. Əfqanıstan beynəlxalq təcriddən çıxmağa çalışır və artıq Rusiya, Mərkəzi Asiya ölkələri və Fars körfəzi dövlətləri ilə əlaqələrini genişləndirir.

Bununla belə, ABŞ-la tam əməkdaşlığın bərpası hələ də mürəkkəb məsələ olaraq qalır. Vaşinqton terrorla bağlı davam edən narahatlıqları, eləcə də “Taliban”ın siyasətini əsas gətirərək münasibətlərin normallaşdırılmasına hələlik qarşı çıxır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*