Talış kəndində bayram konserti keçirilir – FOTObackend

Talış kəndində bayram konserti keçirilir - FOTO

Tərtər rayonunun Talış kəndində Novruz bayramı münasibətilə geniş konsert proqramı təşkil edilib.

KONKRET.az xəbər verir ki, konsert proqramı cəngi sədaları ilə açılıb.

Aşıq havalarının özünəməxsus ifaları maraqla qarşılanıb. Kəndirbazların çıxışları, pəhləvanların göstərdikləri nömrələr konsertə xüsusi rəng qatıb. Qarabağ atlarının tədbirdəki keçidi alqışlarla qarşılanıb.

Konsert proqramının davamında ölkənin tanımış incəsənət nümayəndələrinin çıxışları gözlənilir.

Talış kəndinə uzun illərdən sonra hazırlanan bayram konserti axşam saatlarına qədər davam edəcək.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*