“Mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik”.
KONKRET.az Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, məqsəd Azərbaycan müəlliinin məktəbin tam hüquqlu hissəsi olduğunu hiss etməsini təmin etməkdir:
“Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq?” bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın”.

Əvvl Təhsimizin başını qırxdılar sonra sünnət elədilər indi də axtaladılar