İstanbul şəhərində Rövşən Lənkəranskinin xatirəsi anılıb.
4 il bundan öncə avqust ayının 18-də İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin xatirəsi İstanbul şəhərində yad edilib.
KONKRET.az-a verilən məlumata görə, qanuni oğrunun xatirəsini yad etkmək üçün Rusiya, Ukrayna, Türkiyə və bir sıra ölkələrdə yaşayan kriminal avtoritetlər bir araya gəliblər. Redaksiyamıza daxil olan məlumata görə, anım tədbirinə Kiyev şəhərində Rövşən Lənkəranskinin varislərindən biri kimi tanınan, kriminal avtoritet Talış Zaur Masallınski də qatılıb.
Onun təşəbbüsü ilə keçirilən anım tədbirində Rövşən Lənkəranskinin keçdiyi həyat yoluna nəzər salınıb. Qeyd olunub ki, R.Lənkəranskinin qətlindən 4 il keçməsinə baxmayaraq, onun haqqa və ədalətə söykənən ideyaları ətrafında birləşənlərin sayı gündən-gündə artır. Bu gün kriminal aləmdə haqqın və ədalətin aliliyini özlərinin həyat prinsipi hesab edənlər üçün Rövşən Lənkəranski idealı qəlblərdə və xatirələrdə əbədi yaşayacaq. Anım mərasimində mərhumun ruhuna dualar oxunub, xatirəsinə ehsan verilib.
İstanbuldan mərasim iştirakçıları adından mərhumun məzarı üstünə əklil və tər çiçəklər göndərilib. Əldə olunmuş məlumata görə, Rövşən Lənkəranskinin xatirəsi Ukraynanın Dnepr, Odessa, Kiyev, Xarkov və digər şəhərlərində də yad edilib.
KONKRET.az
