Tayvan Rusiyanı vizasız proqramdan KƏNARLAŞDIRDIbackend

Tayvan Rusiyanı vizasız proqramdan KƏNARLAŞDIRDI

Tayvan Xarici İşlər Nazirliyi Rusiyanı adanın vizadan azad edilməsi proqramından kənarlaşdırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu proqram 2018-ci ildən eksperimental əsaslarla Rusiya, Tayland, Bruney və Filippin üçün fəaliyyət göstərir.

Əslində proqram işləmir, çünki Tayvan 2020-ci ildə koronavirus pandemiyası fonunda bütün ölkələrə vizasız girişi qadağan edib.

Agentliyin məlumatına görə, sentyabrın 12-də Tayvan ABŞ, Avstraliya və Aİ ölkələri də daxil olmaqla müttəfiqlərin adaya yenidən vizasız girişinə icazə verib. Bu ölkələrin vətəndaşları üç günlük karantində qalaraq Tayvana daxil ola bilərlər.

Qeyd edək ki, Tayvan Rusiyanın Ukraynaya hücumunu pisləyib. Ada Rusiya əleyhinə sanksiyalara qoşulub.

Digər tərəfdən, Moskva Tayvanı Rusiya Federasiyasına qarşı qeyri-dost ölkələr siyahısına daxil edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*