Tbilisi Avropanı şoka saldı – LGBT-yə qarşı qanun layihəsi hazırlandıbackend

Tbilisi Avropanı şoka saldı - LGBT-yə qarşı qanun layihəsi hazırlandı

“Gürcüstanın hakim “Gürcü arzusu” partiyası “LGBT təbliğatına qarşı” əsas qanuna dəyişikliklərlə bağlı təkliflərini rəsmən təqdim edib”.

KONKRET.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.

“Gürcü arzusu” birbaşa konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edir və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya qanununun qəbulunu təklif edir. Layihədə səkkiz bənd var, lakin “LGBT” termini birbaşa qeyd olunmayıb.

Layihədə qeyd olunur ki, yalnız “bir genetik kişi və bir genetik qadının birləşməsini nəzərdə tutan evliliyə bənzər münasibətlər” tənzimlənə bilər. Yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və ya qəyyumluğu icazəsi yalnız Gürcüstan qanunlarına əsasən nikahda olan ər-arvada verilə bilər.

Sənədə görə, cinsiyyətin dəyişdirilməsi üçün tibbi manipulyasiyalar qadağandır. Rəsmi sənədlərdə genetik məlumatlara uyğun olaraq yalnız kişi və ya qadın cinsinin göstərilməsi tələb olunur. Dövlət orqanlarının və ya fiziki şəxslərin cinslə müəyyən edilmiş anlayışların istifadəsini birbaşa və ya dolayısı ilə məhdudlaşdıran hər hansı qərarı etibarsız hesab edilir.

Sonuncu bəndlərdə eyni cinsdən olan ailə və ya intim münasibətlər qadağan edilir və onların birgə ailə hüquqları tanınmır. Bu mövzularda əsərlərin, proqramların və digər materialların yayılması və həmin materialların dövlət və ya özəl təhsil müəssisələrinin tədris prosesinə daxil edilməsi də yolverilməz hesab edilir. Lakin materialların təbliğat xarakterli olub-olmadığını müəyyən etmək üçün konkret meyarların nədən ibarət olacağı bəlli deyil.

“Gürcü arzusu” konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə kifayət qədər səs çoxluğuna malik deyil.

“Gürcü Arzusu” təkid edir ki, təklif olunan dəyişikliklər insan hüquqlarının, sərbəst toplaşmaq və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*